"Neftçi"nin futbolçusu milliyə çağırıldı
"Neftçi”nin futbolçusu Soni Mustivar Haiti milli komandasına dəvət alıb.
Avqustun 31-dən sentyabrın 12-dək milli komandanın düşərgəsində olacaq 28 yaşlı yarımmüdafiəçi KONKAFAF Milli Liqası çərçivəsində sentyabrın 10-da keçiriləcək Haiti – Sent Martin matçına çağırılıb.
Qeyd edək ki, Soni Mustivar Haiti seçməsinin heyətində 9 oyuna çıxıb.
Facebook-da paylaş