Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Aerobika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı keçiriləcək

Aerobika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı keçiriləcək
Azərbaycan Gimnastika Federasiyası (AGF) milli yarışlar mövsümünü aerobika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı ilə davam etdirir.

BrendSport.az
AGF-yə istinadla xəbər verir ki, iyunun 2-3-də Bakı Olimpiya İdman Kompleksində keçiriləcək yarışda “Ocaq Sport” klubu, “Grasiya” və “Sumqayıt OİK”dən 100-dək gimnast medallar uğrunda mübarizə aparacaq.
İdmançılar Azərbaycan birinciliyində balacalar (2015-2016-cı il), uşaqlar (2012-2014-cü il), yeniyetmələr (2009-2011-ci il) və gənclər (2006-2008-ci il il), Bakı çempionatında isə uşaqlar (2012-2014-cü il), yeniyetmələr (2009-2011-ci il), gənclər (2006-2008-ci il il) və böyüklər yaş kateqoriyasında (2005-ci il və daha böyük) mübarizə aparacaqlar.
Gimnastlar müvafiq yaş kateqoriyalarına uyğun olaraq fərdi, qarışıq cütlük, üçlük və qrup proqramında çıxış edəcəklər.


Facebook-da paylaş

Xəbəri paylaş