Batut və tamblinq üzrə ölkə çempionatlarında 100-dək gimnast mübarizə aparacaq
BrendSport.az xəbər verir ki, Fevralın 24-də Milli Gimnastika Arenasında batut gimnastikası üzrə yeddinci, tamblinq üzrə 19-cu Azərbaycan birinciliyi və Bakı çempionatı keçiriləcək.
Yarışlarda 94 idmançı (batut üzrə 62, tamblinq üzrə 32) mübarizə aparacaq.
Yarışlarda “Ocaq Sport” klubu, Bakı Gimnastika Məktəbi, “Neftçi” idman klubu, 13 Nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbini təmsil edəcək idmançılar fərdi proqramda balacalar (2016-2017-ci illər), uşaqlar (2013-2015-ci illər), yeniyetmələr (2011-2012-ci illər), gənclər (2007-2010-cu illər) və böyüklər (2006-cı il və daha böyük) yaş kateqoriyaları üzrə çıxış edəcəklər.
Yerli idmançıların maraqlı və rəngarəng çıxışlarını izləmək istəyən tamaşaçılar biletləri onlayn qaydada https://iticket.az/ saytından və şəhərin kassalarından əldə edə bilərlər. Biletlərin qiyməti 5 manat təşkil edir.
Facebook-da paylaş