Qəbələdə “Bahar turniri” keçirilib
BrendSport.az xəbər verir ki, turnirdə səkkiz komanda iki qrupda mübarizə aparıb. Qrupda ilk iki yeri tutan komandalar pley-off mərhələsində üz-üzə gəlib.
Beş saylı tam orta məktəb turnirin qalibi, II və III yeri isə müvafiq olaraq, Bum kənd tam orta məktəb və 1 saylı tam orta məktəb tutub. Bum kənd tam orta məktəbin şagirdi Məryəm Şükürova 6 qolla turnirin ən məhsuldar oyunçusu olub. Beş saylı tam orta məktəbin şagirdi Xədicə Heydərli ən yaxşı oyunçu, 1 saylı tam orta məktəbin şagirdi Sevinc Kərimova isə turnirin ən yaxşı qapıçısı seçilib. İlk üç yeri tutan komandalar diplom və medallar, qalib komanda isə kubokla mükafatlandırılıb.
Mükafatları AFFA-nın Qadın Futbolu Departamentinin rəisi Əminə Həsənova, U-17 (qızlar) milli komandasının baş məşqçisi Nərgiz Qurbanova, U-15 (qızlar) yığmasının baş məşqçisi Xanlar Əliyev və U-19 (qızlar) yığmasının köməkçi məşqçisi Gülənbər Qasımova təqdim edib.
Qeyd edək ki, layihənin əsas məqsədi gələcəkdə U-12 Qızlar liqasına və aşağı yaş milli yığma komandalara yeni qız futbolçuların cəlb edilməsidir. İştirakçı komandalar AFFA və UEFA tərəfindən idman geyimi və ləvazimatları ilə təmin olunub.
Facebook-da paylaş