Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



APL: “Neftçi” “Sabah”ı 1 qolla məğlub edib




Azərbaycan Premyer Liqasında XXXVI turun daha bir oyunu keçirilib.

BrendSport.az
xəbər verir ki , “Sabah” “Bakcell Arena”da “Neftçi”nin qonağı olub.

Komandalar müvafiq olaraq gümüş və bürünc medalı təmin etdiklərindən, qarşılaşma formal xarakter daşıyıb. Matçda cəmi 1 qol qeydə alınıb. Kapitan Emin Mahmudovun 9-cu dəqiqədə vurduğu top “Neftçi”yə 1:0 hesablı qələbə qazandırıb.

Turun əvvəlki oyunlarında “Zirə” “Sumqayıt”ı (3:0), “Səbail” “Şamaxı”nı (1:0) məğlub edib, “Qəbələ” ilə “Kəpəz” (1:1) bərabərə qalıblar. Mövsümə bu gün keçiriləcək “Qarabağ” – “Turan Tovuz” görüşü ilə yekun vurulacaq.


Facebook-da paylaş

Xəbəri paylaş