Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Kəpəz” klubu səfərdə “Sumqayıt”dan üstün olub

“Kəpəz” klubu səfərdə “Sumqayıt”dan üstün olub

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tur çərçivəsində “Sumqayıt” klubu “Kəpəz”i qəbul edib.

BrendSport.az
xəbər verir ki, “Kapital Bank Arena”da keçirilən oyunda Gəncə klubu 2:1 hesablı qələbə qazanıb.

Matçın 6-cı dəqiqəsində Ahmed Ayzaya, 38-ci dəqiqəsində isə Martins Juniorun vurduğu qol sayəsində “Kəpəz” rəqibini səfərdə məğlub edib. “Sumqayıt”ın gücü 88-ci dəqiqədə fərqi minimuma endirməyə çatıb. Yusif Nəbiyev avtoqol müəllifi olub.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Zirə” səfərdə “Turan Tovuz”a (2:0) qalib gəlib, “Səbail”-“Qəbələ” matçında 2:2 hesablı heç-heçə qeydə alınıb. “Şamaxı” doğma meydanda “Sabah”ı məğlub edib - 2:1. Fevralın 27-də keçiriləcək “Qarabağ” - “Neftçi” matçı ilə XXIV tura yekun vurulacaq.


Facebook-da paylaş

Xəbəri paylaş