Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan Milli Paralimpiya Komitəsi müsabiqə keçirir

Azərbaycan Milli Paralimpiya Komitəsi müsabiqə keçirir

Koronavirusla əlaqədar ölkədə tətbiq olunan karantin müddətində yaradıcı insanların #evdəqal #evdəyarat hərəkatına qoşulmağını təşviq etmək məqsədilə Azərbaycan Milli Paralimpiya Komitəsinin talismanının yaradılması üçün müsabiqə keçirilir.
BrendSport.az xəbər verir ki, rəsmləri plakat və kompüter proqramlarından istifadə edərək hazırlamaq lazımdır. Hazırlanmış işləri [email protected] elektron ünvanına ad, soyad, ata adı, əlaqə nömrəsi və mövzuda “Talisman” yazaraq göndərə bilərsiniz.
Müsabiqə mayın 1-dək davam edəcək.
Müsabiqənin qalibi və onun mükafatlandırılması Azərbaycan Milli Paralimpiya Komitəsində təşkil olunacaq münsiflər heyətinin rəyinə əsasən müəyyən ediləcək.


Facebook-da paylaş

Xəbəri paylaş