Əsas Səhifə > Olimpiya > Azərbaycan Milli Paralimpiya Komitəsi müsabiqə keçirir
Azərbaycan Milli Paralimpiya Komitəsi müsabiqə keçirir22-04-2020, 02:55 |
![]() Koronavirusla əlaqədar ölkədə tətbiq olunan karantin müddətində yaradıcı insanların #evdəqal #evdəyarat hərəkatına qoşulmağını təşviq etmək məqsədilə Azərbaycan Milli Paralimpiya Komitəsinin talismanının yaradılması üçün müsabiqə keçirilir. BrendSport.az xəbər verir ki, rəsmləri plakat və kompüter proqramlarından istifadə edərək hazırlamaq lazımdır. Hazırlanmış işləri [email protected] elektron ünvanına ad, soyad, ata adı, əlaqə nömrəsi və mövzuda “Talisman” yazaraq göndərə bilərsiniz. Müsabiqə mayın 1-dək davam edəcək. Müsabiqənin qalibi və onun mükafatlandırılması Azərbaycan Milli Paralimpiya Komitəsində təşkil olunacaq münsiflər heyətinin rəyinə əsasən müəyyən ediləcək. Geri qayıt |