Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanın daha iki paralimpiyaçısı “Tokio-2020”yə lisenziya əldə edib

Azərbaycanın daha iki paralimpiyaçısı “Tokio-2020”yə lisenziya əldə edib

Beynəlxalq Paralimpiya Komitəsi Azərbaycan üzgüçülərinin nəticələrini nəzərə alaraq və gender bərabərliyi prinsiplərinə riayət edərək Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) üzgüçülük üzrə komandasına daha iki lisenziya ayırıb.
AMPK-dan BrendSport.az -a bildiriblər ki, lisenziyaları qadın üzgüçümüz, dünya reytinqində ilk onluqda olan Dana Şandıbina və 2019-cu ildə Londonda keçirilmiş dünya çempionatının bürünc mükafatçısı Vəli İsrafilov əldə ediblər.
Beləliklə, “Tokio-2020”yə Azərbaycan paralimpiyaçılarının lisenziyalarının sayı üzgüçülük üzrə üçə, ümumilikdə isə doqquza çatıb.


Facebook-da paylaş

Xəbəri paylaş