Əsas Səhifə > Olimpiya > Azərbaycanın daha iki paralimpiyaçısı “Tokio-2020”yə lisenziya əldə edib
Azərbaycanın daha iki paralimpiyaçısı “Tokio-2020”yə lisenziya əldə edib27-02-2020, 16:02 |
Beynəlxalq Paralimpiya Komitəsi Azərbaycan üzgüçülərinin nəticələrini nəzərə alaraq və gender bərabərliyi prinsiplərinə riayət edərək Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) üzgüçülük üzrə komandasına daha iki lisenziya ayırıb. AMPK-dan BrendSport.az -a bildiriblər ki, lisenziyaları qadın üzgüçümüz, dünya reytinqində ilk onluqda olan Dana Şandıbina və 2019-cu ildə Londonda keçirilmiş dünya çempionatının bürünc mükafatçısı Vəli İsrafilov əldə ediblər. Beləliklə, “Tokio-2020”yə Azərbaycan paralimpiyaçılarının lisenziyalarının sayı üzgüçülük üzrə üçə, ümumilikdə isə doqquza çatıb. Geri qayıt |