Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Paris-2024: Pəhləvanlarımızın seriyası qırılıb - tarixdə ilk dəfə



Olimpiadalar tarixində ilk dəfə Azərbaycan güləşçiləri finala yüksələ bilməyiblər.

BrendSport.az
xəbər verir ki, bu, Paris-2024 Yay Olimpiya Oyunlarında baş verib.

Fransa paytaxtına yollanan 12 pəhləvandan heç biri yarımfinal səddini keçə bilməyib. Olimpiadalar tarixində belə hal yaşanmayıb.

Güləşçilərimiz əvvəlki 7 Olimpiadada “ən azı bir final” ənənəsinə sadiq olub. Bu seriya Parisdə qırılıb.

Atlanta-1996: 1 final
Sidney-2000: 1 final
Afina-2004: 1 final
Pekin-2008: 1 final
London-2012: 4 final
Rio-2016: 3 final
Tokio-2020: 1 final

Qeyd edək ki, güləş yarışlarında 5 yunan-Roma, 6 sərbəst, 1 qadın güləşçimiz mübarizə aparıb.


Facebook-da paylaş

Xəbəri paylaş