Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Güləş tariximizdə ən pis göstərici



Azərbaycanın kişilərdən ibarət sərbəst güləş üzrə milli komandası Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarından cəmi üç nəfər idmançı ilə təmsil olunacaq.

BrendSport.az xəbər verir ki, Sofiyada keçirilən təsnifat turnirində güləşçilərimizdən heç biri lisenziya qazana bilməyib Beləliklə, yayda keçiriləcək Olimpiya Oyunlarında Azərbaycanı yalnız Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq) və Şərif Şərifov (97 kq) təmsil edəcək.

haqqın.az saytı yazır ki, bu, Azərbaycan güləşi tarixində ən pis göstəricidir. 1996-cı ildən başlayaraq Azərbaycan ilk dəfə olimpiadada ayrıca komanda kimi iştirak etməyə başlayıb. Hətta o vaxt belə millimizin tərkib belə məhdud olmayıb. 1996-cı ildə Olimpiya Oyunlarında ölkəmiz sərbəst güləşdə 6, Sidney-2000, London-2012 və Rio-2016 yenə 6, Afina-2004-də 4, Pekin-2008-də isə 7 nəfər sərbəst güləşçi ilə təmsil olunub.

Atlantada Azərbaycana ilk medalı (gümüş) qazandıran Namiq Abdullayev hazırda sərbəst güləş üzrə milli komandamızın baş məşqçisidir. Sayt yazır ki, onun rəhbərliyi ilə komandamız ardıcıl uğursuzluğa məruz qalıb.

Sonuncu Rio Olimpiya Oyunlarında sərbəst güləş millisi 5 medal qazanıb. Tokioda isə maksimum 3 mükafat qazana bilərik. Amma bu dəfə olimpiadada kəskin rəqabətin gedəcəyini nəzərə alsaq, bu nailiyyətləri qazanacağımız çətin görünür.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 23 iyul – 8 avqustda keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş