Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Olimpiada və dünya çempionatına yollanacaq güləşçilərlə görüş keçirilib



Azərbaycan Güləş Federasiyasının (AGF) prezident əvəzi Namiq Əliyev sərbəst güləş üzrə yığma komandanın Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatına hazırlıq prosesini izləyib.

Federasiya rəsmisi Olimpiya Güləş Mərkəzində baş tutan məşqdən sonra komanda ilə görüşüb. N.Əliyev bu yaxınlarda Slovakiyanın Trnava şəhərində gənc güləşçilərin dünya çempionatında medal qazanan pəhləvanları təbrik edib. O, böyüklərin mundialında da bir neçə gənc güləşçiyə şans veriləcəyini açıqlayıb və komandaya uğurlar arzulayıb.

AGF-nin rəhbəri milli ilə birgə hazırlıq keçən və Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək Turan Bayramovla da görüşüb. "Bu dəfə Olimpiadaya cəmi 2 lisenziya qazanmışıq. Əvvəllər vəsiqəmiz daha çox olurdu. Ona görə də sənin üzərinə böyük məsuliyyət düşür" deyən N.Əliyev N.Bayramovdan yalnız qızıl medal gözlədiyini əlavə edib.

Öz növbəsində, baş məşqçi Firdovsi Umudov 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına qədər dünya və Avropa çempionatlarında, həmçinin 2019-cu ildə Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarında uğur qazanmağı qarşıya hədəf qoyduqlarını, bunun üçün güləşçilərin əllərindən gələni etməli olduqlarını diqqətə çatdırıb.

Yığmanın təlim-məşq toplanışında bir neçə dağıstanlı güləşçi, eləcə də İtaliya yığmasının lideri, ikiqat dünya və ikiqat Avropa çempionu Frank Çamizo da iştirak edir. Sabahdan Fransa millisi də yığmann toplanışına qoşulacaq.

Dünya çempionatı oktyabrın 20 – 28-də keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş