Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ağır atletlərimizdən Olimpiya Oyunlarına daha bir lisenziya

Ağır atletlərimizdən Olimpiya Oyunlarına daha bir lisenziya

Azərbaycanın ağır atletika üzrə yeniyetmə oğlan və qızlardan ibarət yığma komandası 6-13 oktyabr tarixlərində Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin 3-cü Olimpiya Oyunlarına daha bir lisenziya əldə edib.

Bu barədə Beynəlxalq Ağır Atletika Federasiyasından (IWF) Azərbaycan Ağır Atletika Federasiyasına (AAAF) daxil olan məktubda məlumat verilib. Lisenziya 1 (bir) qız idmançımız üçün nəzərdə tutulub.

Məktubda qeyd olunur ki, bu Oyunların təsnifat mərhələsi sisteminə əsasən boş yerlərə yenidən idmançı təyin edilməsi proseduru həyata keçirilib. Bunun nəticəsində Azərbaycana əlavə bir lisenziya verilməsi qərarı qəbul edilib.

Ötən ilin aprelində Tailandın paytaxtı Banqkokda keçirilən yeniyetmələrdən ibarət dünya birinciliyində oğlanlardan ibarət yığma komandamız ümumi sıralamada 9-cü yeri tutaraq Olimpiya Oyunlarına bir lisenziya əldə etmişdi. Dünən daxil olan məktubda bu dəfə qızlardan ibarət komandamızın bir üzvünə eyni şans verilib. Bunun nəticəsində lisenziya sayımız 2-yə çatıb.


Facebook-da paylaş

Xəbəri paylaş