Bəhlul Mustafazadə: "Ferensvaroş"la oyunun məsuliyyətini dərk edirik

"Ferensvaroş"la oyunun məsuliyyətini dərk edirik.
BrendSport.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə UEFA Çempionlar Liqasının pley-off mərhələsində evdə Macarıstanın “Ferensvaroş” klubuna qarşı keçirəcəkləri cavab oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
O, sabahkı matça tam hazır olduqlarını bildirib: "Kollektivdə ab-hava yaxşıdır. Yalnız müsbət nəticə gözləyirik. Daha əvvəl iki dəfə Çempionlar Liqasının pley-off mərhələsində oynamışam. Təəssüf ki, həmin vaxtlarda mərhələni keçə bilməmişdik. İnanıram ki, bu dəfə bacaracağıq".
Qeyd edək ki, avqustun 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - “Ferensvaroş” oyunu saat 20:45-də start götürəcək. İlk matçda Ağdam təmsilçisi rəqibinə 3:1 hesabı ilə qalib gəlib.
Facebook-da paylaş
