Əsas Səhifə > Müsahibə > Bəhlul Mustafazadə: "Ferensvaroş"la oyunun məsuliyyətini dərk edirik

Bəhlul Mustafazadə: "Ferensvaroş"la oyunun məsuliyyətini dərk edirik


26-08-2025, 13:50


"Ferensvaroş"la oyunun məsuliyyətini dərk edirik.

BrendSport.az
xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə UEFA Çempionlar Liqasının pley-off mərhələsində evdə Macarıstanın “Ferensvaroş” klubuna qarşı keçirəcəkləri cavab oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

O, sabahkı matça tam hazır olduqlarını bildirib: "Kollektivdə ab-hava yaxşıdır. Yalnız müsbət nəticə gözləyirik. Daha əvvəl iki dəfə Çempionlar Liqasının pley-off mərhələsində oynamışam. Təəssüf ki, həmin vaxtlarda mərhələni keçə bilməmişdik. İnanıram ki, bu dəfə bacaracağıq".

Qeyd edək ki, avqustun 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - “Ferensvaroş” oyunu saat 20:45-də start götürəcək. İlk matçda Ağdam təmsilçisi rəqibinə 3:1 hesabı ilə qalib gəlib.
Geri qayıt