Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Üç boksçumuz “Qızıl kəmər” seriyasının finalına yüksəlib

Üç boksçumuz “Qızıl kəmər” seriyasının finalına yüksəlib

Mərakeşdə boks üzrə “Qızıl kəmər” seriyası çərçivəsində ilin ilk turnirində yarımfinal mərhələsi başa çatıb. Azərbaycan millisinin üç üzvü qələbə qazanaraq finala vəsiqə qazanıb.

BrendSport.az
Azərbaycan Boks Federasiyasına istinadla xəbər verir ki, turnirdə 57 kiloqram çəki dərəcəsində mübarizə aparan Ümid Rüstəmov Jan Kaysedonun (Ekvador) ardınca italiyalı Françesko İozia ilə döyüşüb. Yarımfinal görüşü həmyerlimizin qələbəsi ilə başa çatıb. O, rəqibini 5:0 hesabı ilə məğlub edib. Ü.Rüstəmov çempionluq uğrunda Eduard Savvinlə (Rusiya) qarşılaşacaq.

Nəbi İsgəndərov (67 kq) ardıcıl üçüncü görüşündə də inamlı qələbə qazanıb. Avropa çempionatının mükafatçısı Atomani Barouf (Komor adaları) və Selbi Dlamini Tabisonun (Esvatini) ardınca Abdulhakim Akramı (Seyşel adaları) da rinqdən məyus yola salıb. Gəncə boks məktəbinin yetirməsi bu dəfə ikinci raundda tam üstünlüklə qalib gəlib. N.İsgəndərov finalda Tarxan İdiqovla (Rusiya) üz-üzə gələcək.

Alfonso Dominqes (86 kq) də qızıl medal uğrunda döyüşə vəsiqə qazanıb. Dünya çempionumuz yarımfinalda Endi Lesmesdən (İspaniya) üstün olub. O, rəqibini 4:1 hesabı ilə məğlub edib. Boksçumuz qızıl medal uğrunda Şarabutdin Atayevlə (Rusiya) döyüşəcək.
Yığmamızın digər boksçuları Məsud Yusifzadə (51 kq) və Sərxan Əliyev (71 kq) isə turniri bürünc medalla başa vurublar.

Qeyd edək ki, 34 ölkədən 201 boksçunun (119 kişi, 82 qadın) qatıldığı yarışda final döyüşləri fevralın 10-da keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş