İslamiada: Azərbaycanın 3x3 basketbol millisi finala vəsiqə qazanıb

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.
BrendSport.az xəbər verir ki, yığmamız yarımfinalda Misir seçməsini 22:15 hesabı ilə məğlub edib.
Komandamızın finaldakı rəqibi Türkiyə - İran matçının qalibi olacaq. Həlledici qarşılaşma bu gün keçiriləcək.
Facebook-da paylaş





















