İslamiada: Azərbaycanın 3x3 basketbol millisi yarımfinala yüksəlib

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında növbəti oyununu keçirib.
BrendSport.az xəbər verir ki, yığma qrup mərhələsindəki 3-cü matçında Kot-d'İvuar seçməsini sınağa çəkib. Qarşılaşma millimizin 21:14 hesablı qələbəsi ilə başa çatıb.
Daha əvvəl keçirdiyi iki oyunda da qalib gələn komandamız qrup lideri kimi yarımfinala vəsiqə qazanıb.
Qeyd edək ki, yarımfinal və medal görüşləri noyabrın 19-da təşkil olunacaq.
Facebook-da paylaş





















