Əsas Səhifə > Milli komandalar > İslamiada: Azərbaycanın 3x3 basketbol millisi finala vəsiqə qazanıb

İslamiada: Azərbaycanın 3x3 basketbol millisi finala vəsiqə qazanıb


Bu gün, 18:30


Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

BrendSport.az
xəbər verir ki, yığmamız yarımfinalda Misir seçməsini 22:15 hesabı ilə məğlub edib.

Komandamızın finaldakı rəqibi Türkiyə - İran matçının qalibi olacaq. Həlledici qarşılaşma bu gün keçiriləcək.
Geri qayıt