Azərbaycan cüdoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Latviyanın paytaxtı Riqada Avropa Cüdo Ümidləri Turniri keçirilib.
BrendSport.az xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutan beynəlxalq yarışda Azərbaycan cüdoçuları 2 qızıl, 1 gümüş və 1 bürünc medal əldə ediblər.
Fəxrim Məhərrəmov (U-13, 46 kiloqram) və Fərhad Quliyev (U-15, 60 kiloqram) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. Səccət Tağıyev (U-15, 42 kiloqram) gümüş, Cahid Bayramlı (U-15, 66 kiloqram) isə bürünc mükafata sahib çıxıblar.
Turnirdə 20 ölkədən 289 cüdoçu mübarizə aparıb.
Facebook-da paylaş





















