Azərbaycan cüdoçuları Macarıstanda 4 medal qazanıblar

Macarıstanın Dyör şəhərində Avropa Cüdo Ümidləri Turniri keçirilib.
BrendSport.az xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutan yarışda Azərbaycan cüdoçuları 1 qızıl və 3 bürünc medal əldə ediblər.
U-15 yaş kateqoriyasında Aqşin Bayramov (60 kiloqram) qızıl, Səttar Qədirov (42 kiloqram), Fərhad Quliyev (60 kiloqram) və U-13 yaş kateqoriyasında Fəxrim Məhərrəmov (42 kiloqram) bürünc medala yiyələniblər.



Facebook-da paylaş
