Əsas Səhifə > Milli komandalar > Azərbaycan cüdoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Azərbaycan cüdoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar


18-11-2025, 16:22


Latviyanın paytaxtı Riqada Avropa Cüdo Ümidləri Turniri keçirilib.

BrendSport.az
xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutan beynəlxalq yarışda Azərbaycan cüdoçuları 2 qızıl, 1 gümüş və 1 bürünc medal əldə ediblər.

Fəxrim Məhərrəmov (U-13, 46 kiloqram) və Fərhad Quliyev (U-15, 60 kiloqram) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. Səccət Tağıyev (U-15, 42 kiloqram) gümüş, Cahid Bayramlı (U-15, 66 kiloqram) isə bürünc mükafata sahib çıxıblar.

Turnirdə 20 ölkədən 289 cüdoçu mübarizə aparıb.


Geri qayıt