Məmmədyarov Aronyanla heç-heçə etdi
Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Berlində təşkil olunan İddiaçılar turnirində növbəti oyununu keçirib.
Azərbaycanlı şahmatçı II turda erməni Levon Aronyanla qarşılaşıb. Partiya 24-cü gedişdə 0.5:0.5-lik heç-heçə ilə başa çatıb.
Birinci turda Ş.Məmmədyarov rusiyalı Sergey Karyakinə qalib gəlib, L.Aronyan isə çinli Din Lijen ilə xalları yarı bölüb.
Qol.az
Facebook-da paylaş