Əsas Səhifə > Milli komandalar > Məmmədyarov Aronyanla heç-heçə etdi

Məmmədyarov Aronyanla heç-heçə etdi


11-03-2018, 23:09
Məmmədyarov Aronyanla heç-heçə etdi

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Berlində təşkil olunan İddiaçılar turnirində növbəti oyununu keçirib.

Azərbaycanlı şahmatçı II turda erməni Levon Aronyanla qarşılaşıb. Partiya 24-cü gedişdə 0.5:0.5-lik heç-heçə ilə başa çatıb.

Birinci turda Ş.Məmmədyarov rusiyalı Sergey Karyakinə qalib gəlib, L.Aronyan isə çinli Din Lijen ilə xalları yarı bölüb.

Qol.az
Geri qayıt