Millimizin futbolçusu: Xalqımızı yaxşı nəticə ilə sevindirəcəyimizə ümid edirəm
Millidə oynamaq hər bir futbolçu üçün şərəfdir. Sabah xalqımızı yaxşı nəticə ilə sevindirəcəyimizə ümid edirəm.
BrendSport.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev AVRO-2024-ün seçmə mərhələsində sentyabrın 9-da Bakıda Belçika yığmasına qarşı keçiriləcək oyundan əvvəl mətbuat konfransında deyib.
Türkiyənin "Ümraniyespor" klubunda çıxış edən 28 yaşlı yarımmüdafiəçi qardaş ölkədə oynamasının fiziki formasına yaxşı təsir etdiyini bildirib: "Fiziki cəhətdən böyük fərq var. Orada keçdiyim məşqlərə görə indi özümü daha hazırlıqlı hesab edirəm. Belçika kimi komandaya qarşı 90 dəqiqə tab gətirmək üçün atletik olaraq tam hazır olmaq lazımdır".
Qeyd edək ki, sabah "Dalğa Arena"da oynanılacaq qarşılaşma saat 17:00-da başlayacaq.
Facebook-da paylaş