Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Belçika millisinin futbolçusu: “Azərbaycanla oyunda De Bruyneni əvəz etməyə hazıram”



“Azərbaycanla oyunda De Bruyneni əvəz etməyə hazıram”.

BrendSport.az
xəbər verir ki, bunu Belçika millisinin futbolçusu Şarl de Ketelare ölkəsinin mətbuatına açıqlamasında deyib.

22 yaşlı hücumameyilli yarımmüdafiəçi kapitan Kevin De Bruynenin yoxluğunda AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçiriləcək görüşdə boşluğu doldurmaq arzusunda olduğunu bildirib: “Millidə oynamaq həmişə şərəfdir, amma bunu klubundakı çıxışınla qazanmalısan. Kevin De Bruynenin zədəli olması bizim üçün böyük itkidir. Baş məşqçi mənə ehtiyac duysa, özümü göstərməyə çalışacağam”.

Qeyd edək ki, sentyabrın 9-da “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Belçika görüşü saat 17:00-da başlayacaq.


Facebook-da paylaş

Xəbəri paylaş