Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Real Madrid"in qapıçısı Azərbaycan millisi ilə oyunu buraxa bilər



Belçika millisinin qapıçısı Tibo Kurtua Azərbaycana qarşı AVRO-2024-ün seçmə mərhələ oyununu buraxa bilər.

BrendSport.az
xəbər verir ki, buna 31 yaşlı qolkiperin yığmanın baş məşqçisi Domeniko Tedesko ilə münasibətlərinin pozulması səbəb olub.

İspaniyanın "Real Madrid" klubuna məxsus olan oyunçu Estoniyaya 3:0 hesabı ilə qalib gəldikləri görüşdən əvvəl məşqə çıxmaqdan imtina edib. O, Avstriya seçməsi ilə matçda (1:1) kapitanlıq sarğısını taxmadığı üçün bu addımı atıb. Kevin De Brüynenin yoxluğunda komandanı meydana kapitan kimi Romelu Lukakunun çıxarması Kurtuanı qəzəbləndirib.

Qapıçının sentyabrın 9-da Bakıdakı görüşdə meydana çıxıb-çıxmayacağına məhz baş məşqçi qərar verəcək.

Qeyd edək ki, sentyabrın 9-da oynanılacaq Azərbaycan - Belçika qarşılaşması saat 17:00-da başlayacaq.


Facebook-da paylaş

Xəbəri paylaş