Avstriyalı müdafiəçi Gernot Trauner Azərbaycan millisi ilə oyunu buraxacaq
Avstriya millisinin futbolçusu Gernot Trauner 2024-cü il Avropa çempionatının seçmə mərhələsində Azərbaycana qarşı keçiriləcək ilk turun oyununu buraxacaq.
BrendSport.az xəbər verir ki, buna səbəb Niderlandın "Feyenoord" klubunda çıxış edən 30 yaşlı müdafiəçinin zədələnməsidir. Məşqdə dizindən zədə alan arxa xətt oyunçusu əməliyyat olunacaq və mövsümün ikinci yarısını buraxacaq.
Trauner "Feyenoord"un qış fasiləsinədək keçirdiyi 20 oyunun hamısında meydana çıxıb.
Qeyd edək ki, Azərbaycan millisi “Avro-2024”ün seçmə mərhələsində ilk oyununu gələn il martın 24-də səfərdə Avstriyaya qarşı keçirəcək. Belçika, İsveç və Estoniya da F qrupunda mübarizə aparacaqlar.
Facebook-da paylaş