Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Kərim Benzema “Atletik”lə matçı buraxa bilər

Kərim Benzema “Atletik”lə matçı buraxa bilər

“Real Madrid” klubunun hücumçusu Kərim Benzema “Atletik”lə Kral kuboku yarışı matçını buraxa bilər.
BrendSport.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Belə ki, İspaniya La Liqası çərçivəsində “Elçe” ilə oyunda (2:2) 34 yaşlı fransalı hücumçu zədələnib.
Tibbi müayinədən sonra futbolçunun bud nahiyəsindən zədə aldığı məlum olub. Ona görə də komandanın əsas bombardirinin fevralın 2-də “Atletik”lə baş tutacaq matçda iştirakı sual altındadır.
Daha əvvəl futbolçunun "Elçe"yə qarşı oynadığı zaman evinin qarət edildiyi bildirilib.


Facebook-da paylaş

Xəbəri paylaş