Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Tedesko millimizi güclü rəqib hesab edir



Belçika millisinin yeni baş məşqçisi Domeniko Tedesko Avro-2024-ün seçmə mərhələsindəki rəqibləri haqda danışıb.

BrendSport.az
Belçika mətbuatına istinadən xəbər verir ki, alman mütəxəssis bütün rəqibləri güclü hesab edib: "İlk məqsədim Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaqdır.Asan olmayacağını bilirəm. Çünki çox güclü rəqiblərlə qarşılaşmalıyıq. Ancaq əla komandamız var. Bunu bacaracağımıza inanıram".

Qeyd edək ki, Avro-2024-də F qrupunda Belçika, Avstriya, İsveç, Azərbaycan və Estoniya yer alıb. Millimiz Belçika ilə sentyabrın 9-da Bakıda, noyabrın 19-da isə Brüsseldə qarşılaşacaq.


Facebook-da paylaş

Xəbəri paylaş