Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Eden Azar: "Belçika millisindən daha çox Fransaya azarkeşlik edirdik"

 "Belçika millisindən daha çox Fransaya azarkeşlik edirdik"

Belçika milli komandasının kapitanı Eden Azar maraqlı açıqlama ilə diqqət mərkəzinə düşüb. “Çelsi”nin üzvü sosial şəbəkədə yayılan qardaşları ilə birgə çəkdirdikləri uşaqlıq fotosuna münasibət bildirib.

Belə ki, sözügedən fotoda Kilian, Torqan və Eden Azar qardaşları Fransa millisinin formasında təsvir olunublar. Məsələ ilə bağlı “The Sun” nəşrinə danışan Eden bunun o dövr üçün normal olduğunu deyib: “Həmin vaxtlarda mən və qardaşlarım Belçika millisindən daha çox Fransaya azarkeşlik edirdik. Çünki Fransa 1998-ci il dünya çempionatının qalibi olmuşdu, bizim yaş qrupumuzdakı əksər uşaqlar bu komandaya rəğbət bəsləyirdi. Belçika yığması isə o zamanlar o qədər də güclü deyildi. Bunu deməkdə məqsədim öz ölkəmin komandasını aşağılamaq deyil, amma fakt Fransa hamıdan güclü idi”.

Qeyd edək ki, hazırda Eden və Torqan Azar qardaşlarının çıxış etdikləri Belçika millisi DÇ-2018-in yarımfinalında Fransa yığması ilə qarşılaşacaq.



Facebook-da paylaş

Xəbəri paylaş