Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Canni De Byazi: Futbolçularım Belçika ilə oyuna tam hazırdır



Sabah bizi ağır oyun gözləyir. Belçika yığması çox güclüdür. Bu səbəbdən olduqca diqqətli çıxış etməliyik.

BrendSport.az xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi AVRO-2024-ün seçmə mərhələsində Bakıda Belçika yığmasına qarşı keçiriləcək oyundan öncə mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis bildirib ki, azarkeşləri sevindirmək üçün əllərindən gələni edəcəklər: “Bizdə bir kəlam var ki, ümid ən sonda ölür. Buna hər zaman inanmışam. Bütün futbolçular matça tam hazırdır. Motivasiyaları da yerindədir. Biz hər zaman hər şeyin ən yaxşısını etməyə çalışırıq”.

“Neftçi”də ehtiyatda qalan müdafiəçi Höccət Haqverdinin milliyə dəvət olunmasına da münasibət bildirən Canni De Byazi əlavə edib: “Höccət bu mövsüm az oynayıb. Ola bilər ki, sabah ilk dəqiqələrdən meydanda olmasın. Lakin sonradan oyuna daxil ola bilər. Çünki bizim üçün vacib futbolçulardan biridir”.

Qeyd edək ki, “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Belçika oyunu saat 17:00-da başlayacaq.


Facebook-da paylaş

Xəbəri paylaş