Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Canni De Byazi: Azlıqda qalmağımıza baxmayaraq, meydanda əsl komanda gördüm

Canni De Byazi: Azlıqda qalmağımıza baxmayaraq, meydanda əsl komanda gördüm


Azlıqda qalmağımız oyun planımızı dəyişdi. Oyuna yaxşı başlamışdıq. Renat Dadaşov və Dmitri Nazarov ilə qol vurmaq şansımız oldu, bəxtimiz gətirmədi. Oyundan sonra futbolçulara da dedim ki, nəticədən razı ola bilmərik, amma azlıqda qalmağımıza baxmayaraq meydanda əsl komanda gördüm.
BrendSport.az xəbər verir ki, bu sözləri Maltada futbol üzrə Latviya yığması ilə yoldaşlıq oyunu keçirən Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis bildirib ki, son dəqiqələrədək mübarizə apardıq: “Bu gün mübarizə aparan futbolçuların çoxu növbəti oyunlarda bizimlə birlikdə olacaq. Ümumiyyətlə, iyunda Millətlər Liqasında qısa zamanda 4 oyun keçirəcəyik. Daha geniş heyətə ehtiyacımız olacaq”.
Baş məşqçi qeyd edib ki, qol epizodundan əvvəl künc zərbəsi zamanı bizim lehimizə qayda pozuntusu olmuşdu, amma hakim tam əks tərəfə cərimə verdi. Riçard Almeydanı alqışlamaq istəyirəm. Heyətdəki ən təcrübəli futbolçulardan biridir. Bu yaşda 35-40 dəqiqə dinamik oynadı, yaxşı təsir bağışladı, keyfiyyətini göstərdi. Digər futbolçular Renat Dadaşov, Dmitri Nazarov və Səlahət Ağayev də inamlı təsir bağışladı. Futbolçulardan razı qaldım. Əlbəttə, nəticə ürəyimizcə olmadı. Bununla belə, oyunda pozitiv məqamlar gördüm.
Xatırladaq ki, Azərbaycan – Latviya matçı rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb.


Facebook-da paylaş

Xəbəri paylaş