Canni De Byazi: “Azərbaycan millisində bir ilki həyata keçirdik”
“Azərbaycan millisi tarixi ərzində heç vaxt ardıcıl 5 qələbə qazanmamışdı, bu ilki biz həyata keçirdik. Bu, məni düzgün istiqamətdə olduğumuzu düşünməyə vadar edir”.
BrendSport.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi “inter-news.it” saytına müsahibəsində deyib.
67 yaşlı mütəxəssis AVRO-2024-ün seçmə mərhələsində çətin qrupa düşdüklərini bildirib: “Avropa çempionatının seçmə mərhələsində Belçika, Avstriya və İsveçlə birlikdə inanılmaz qrupa düşmüşük. Böyümək üçün hələ çox yolumuz var. Millətlər Liqasında yaxşı çıxış etdik. Təəssüf ki, qrupda birinci yeri tuta bilmədik. Qazaxıstanla səfər oyununda qalib gəlmək üçün inanılmaz statistikamız olsa da, sonda uduzduq”.
Baş məşqçi ölkəsində işləmək fikrində olmadığını da sözlərinə əlavə edib: “Xaricdə milli komandaya və ya hansısa kluba daha çox üstünlük verərəm”.
Qeyd edək ki, Canni De Byazi 2020-ci ildən Azərbaycan millisinə rəhbərlik edir.
Facebook-da paylaş