Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Canni De Byazi ilin ən yaxşı futbolçusu nominasiya üzrə düzgün seçim edib

Canni De Byazi ilin ən yaxşı futbolçusu nominasiya üzrə düzgün seçim edib

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi FIFA-nın "The Best" mükafatı üçün keçirdiyi sorğuda yanılmayıb.

BrendSport.az
xəbər verir ki, italiyalı mütəxəssis ilin ən yaxşı futbolçusu nominasiya üzrə düzgün seçim edib. O, Almaniyanın "Bavariya" klubundan Robert Levandovskiyə səs verib. Altmış altı yaşlı baş məşqçi İngiltərənin "Çelsi" klubunda çıxış edən italiyalı yarımmüdafiəçi Jorjinyonu ikinci, "Liverpul"dan misirli forvard Məhəmməd Salahı isə üçüncü yerə layiq görüb.
Yığmanın və "Qarabağ"ın kapitanı Maksim Medvedev isə seçimində yanılıb. Otuz üç yaşlı müdafiəçi Fransanın "Paris Sen-Jermen" klubundan Kilian Mbappeni ən yaxşı hesab edib. O, Levandovskini ikinci, İngiltərənin "Çelsi" klubundan fransalı yarımmüdafiəçi Nqolo Kanteni isə üçüncü sırada göstərib.
Qeyd edək ki, Robert Levandovski FIFA-nın versiyasına əsasən ardıcıl ikinci dəfə dünyanın ən yaxşı futbolçusu seçilib.


Facebook-da paylaş

Xəbəri paylaş