Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



De Byazi: "Hansısa həmkarım bundan qorxursa, dərhal peşəsini dəyişsin"



"Hansısa həmkarım "Napoli"də işləməkdən qorxur və ya klub prezidenti Aurelio De Laurentisin təklifini qəbul etməyə tərəddüd edirsə, dərhal peşəsini dəyişsin".

BrendSport.az
xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi bəzi həmkarlarının İtaliya "Napoli"sinin sükanı arxasına keçməkdən qorxmaları barədə danışarkən deyib.

67 yaşlı mütəxəssis bildirib ki, bu komandanı çalışdırmaq hər məşqçinin arzusu olmalıdır: "Müəyyən təzyiqləri nəzərə almasaq, "Napoli"də işləmək gözəldir".

İtaliyalı mütəxəssis Luçano Spalettini Neapol təmsilçisindən istefaya göndərilməsinə də toxunub: "Onun klonu yoxdur, həm klub, həm də futbolçular bunu bilməlidir. Heç kim Luçano ilə eyni olmayacaq. Ümumiyyətlə, yeni gələcək məşqçini sələfi ilə müqayisə etmək lazım deyil".

Qeyd edək ki, Canni De Byazi 2020-ci ilin avqustundan Azərbaycan millisinə başçılıq edir.


Facebook-da paylaş

Xəbəri paylaş