Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanın voleybol yığması Avropa çempionatına hazırlığın son mərhələsi üçün Maribora yollanır



Avropa çempionatının final mərhələsinə hazırlığını davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq planına uyğun olaraq bu gün Bakıdakı təlim-məşqlərini başa vurub.

BrendSport.az
xəbər verir ki, Ataman Güneyligilin rəhbərlik etdiyi yığma paytaxtda təşkil olunmuş toplanış çərçivəsində 3 yoxlama oyunu keçirib. Voleybolçular Belarus seçməsi ilə hər üç görüşdə qələbə qazanıblar.

İyulun 28-dən avqustun 6-na kimi davam edən Bakı toplanışının II mərhələsində komanda bu gün son məşqini keçib. Voleybolçular hazırlığın son mərhələsi üçün avqustun 7-də Sloveniyanın Maribor şəhərinə yollanacaqlar və orada bir neçə yoxlama oyununda qüvvəsini sınayacaq. Avqustun 15-də isə milli birbaşa Avropa çempionatında qrup oyunlarının keçiriləcəyi Almaniyaya yola düşəcək.

Qeyd edək ki, Almaniya, Belçika, İtaliya və Estoniyanın birgə ev sahibliyi edəcəyi Avropa çempionatının final mərhələsi avqustun 15-də start götürəcək və sentyabrın 3-də yekunlaşacaq. Yarışda 24 komanda 4 qrupda mübarizə aparacaq. C qrupunda yarışacaq Azərbaycan millisinin rəqibləri ev sahibi Almaniya ilə yanaşı, Türiyə, Çexiya, İsveç və Yunanıstan olacaq. Yığmanın oyunları Almaniyanın Düsseldorf şəhərində keçiriləcək.

AVRO-2023
Oyunlarımızın təqvimi
C qrupu
18 avqust
22:00. Azərbaycan - Çexiya
19 avqust
22:00. Azərbaycan - Almaniya
20 avqust
22:00. Türkiyə - Azərbaycan
22 avqust
19:00. Azərbaycan - Yunanıstan
23 avqust
22:00. İsveç - Azərbaycan


Facebook-da paylaş

Xəbəri paylaş