Əsas Səhifə > Milli komandalar > Azərbaycanın voleybol yığması Avropa çempionatına hazırlığın son mərhələsi üçün Maribora yollanır
Azərbaycanın voleybol yığması Avropa çempionatına hazırlığın son mərhələsi üçün Maribora yollanır6-08-2023, 14:20 |
Avropa çempionatının final mərhələsinə hazırlığını davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq planına uyğun olaraq bu gün Bakıdakı təlim-məşqlərini başa vurub. BrendSport.az xəbər verir ki, Ataman Güneyligilin rəhbərlik etdiyi yığma paytaxtda təşkil olunmuş toplanış çərçivəsində 3 yoxlama oyunu keçirib. Voleybolçular Belarus seçməsi ilə hər üç görüşdə qələbə qazanıblar. İyulun 28-dən avqustun 6-na kimi davam edən Bakı toplanışının II mərhələsində komanda bu gün son məşqini keçib. Voleybolçular hazırlığın son mərhələsi üçün avqustun 7-də Sloveniyanın Maribor şəhərinə yollanacaqlar və orada bir neçə yoxlama oyununda qüvvəsini sınayacaq. Avqustun 15-də isə milli birbaşa Avropa çempionatında qrup oyunlarının keçiriləcəyi Almaniyaya yola düşəcək. Qeyd edək ki, Almaniya, Belçika, İtaliya və Estoniyanın birgə ev sahibliyi edəcəyi Avropa çempionatının final mərhələsi avqustun 15-də start götürəcək və sentyabrın 3-də yekunlaşacaq. Yarışda 24 komanda 4 qrupda mübarizə aparacaq. C qrupunda yarışacaq Azərbaycan millisinin rəqibləri ev sahibi Almaniya ilə yanaşı, Türiyə, Çexiya, İsveç və Yunanıstan olacaq. Yığmanın oyunları Almaniyanın Düsseldorf şəhərində keçiriləcək. AVRO-2023 Oyunlarımızın təqvimi C qrupu 18 avqust 22:00. Azərbaycan - Çexiya 19 avqust 22:00. Azərbaycan - Almaniya 20 avqust 22:00. Türkiyə - Azərbaycan 22 avqust 19:00. Azərbaycan - Yunanıstan 23 avqust 22:00. İsveç - Azərbaycan Geri qayıt |