Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan millisinin voleybolçusu: “Avropa çempionatında məqsədə çatacağımıza inanıram”



“Avropa çempionatında uğurlu çıxış edərək, qarşımıza qoyulan məqsədə çatacağımıza inanıram”.

BrendSport.az
xəbər verir ki, bunu qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Mariya Kirilyuk federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

28 yaşlı blokçu bildirib ki, qitə birinciliyinə hazırlığı yüksək səviyyədə davam etdirirlər: “Baş məşqçinin müəyyənləşdirdiyi taktikalar üzərində çalışırıq, tapşırıqlarını ciddi səylə yerinə yetiririk. Düşərgədə yüksək əhvali-ruhiyyə var. Çox şükür, mənim də səhhətimdə heç bir problem yoxdur. Məşqlərə başladığımız gündən formamı yığmağa çalışdım və deyə bilərəm ki, yarışa tam hazıram”.

Voleybolçu Belarus yığmasına qarşı Bakıda keçiriləcək yoxlama görüşlərinin komandaya böyük köməyinin dəyəcəyini düşünür: “Bir neçə gündür ki, Bosniya və Herseqovinadakı təlim-məşq toplanışını başa vuraraq Bakıya qayıtmışıq. Qarşıda Belarusla yoxlama oyunlarımız olacaq. Həmin matçlar zamanı çatışmazlıqları daha aydın görəcək və onları aradan qaldırmağa çalışacağıq”.

Qeyd edək ki, Avropa çempionatına avqustun 15-dən sentyabrın 3-dək Belçika, İtaliya, Almaniya və Estoniya ev sahibliyi edəcək. Azərbaycan millisi Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə birlikdə C qrupunda mübarizə aparacaq.


Facebook-da paylaş

Xəbəri paylaş