Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



III Avropa Oyunları: Daha bir badmintonçumuz pley-offa yüksəlib

III Avropa Oyunları: Daha bir badmintonçumuz pley-offa yüksəlib

Badmintonçumuz Edi Reski Dviçayo Polşada keçirilən III Avropa Oyunlarında kişilərin şəxsi yarışında səkkizdərbir finala vəsiqəni təmin edib.

BrendSport.az
xəbər verir ki, təmsilçimiz G qrupunun ikinci turunda Bolqarıstan təmsilçisi Dimitar Yanakiyevlə qarşılaşıb. Təmsilçimiz üç set davam edən görüşün yekununda 2:1 (17:21 21:16, 21:9) hesablı qələbə qazanıb.

Ardıcıl ikinci qələbə son turun nəticəsindən asılı olmayaraq badmintonçumuza pley-offa vəsiqə qazandırıb.
İdmançımız qrup mərhələsində sonuncu görüşünü iyunun 28-də Ukrayna badmintonçusu Danilo Bosniuka qarşı keçirəcək.

Qeyd edək ki, badminton III Avropa Oyunlarında qitə çempionatı statusu daşıyır. Bu yarış dünya çempionatından sonra “Paris-2024” Yay Olimpiya Oyunlarına ən yüksək reytinq xalları verir.


Facebook-da paylaş

Xəbəri paylaş