Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Badmintonçumuz Edi Reski Dviçayo İsveçrədə keçirilən “YONEX Swiss Open 2022” turnirində çıxışını yekunlaşdırıb

Badmintonçumuz Edi Reski Dviçayo İsveçrədə keçirilən “YONEX Swiss Open 2022” turnirində çıxışını yekunlaşdırıb

Badmintonçumuz Edi Reski Dviçayo İsveçrənin Bazel şəhərində keçirilən "YONEX Swiss Open 2022" turnirində çıxışını yekunlaşdırıb.
Azərbaycan Badminton Federasiyasından BrendSport.az-a bildiriblər ki, mübarizəyə təsnifat mərhələsindən başlayan Edi 3 set davam edən görüşdə finlandiyalı rəqibi Heino İkkaya 2:1 (21-19,19-21,21-18) qalib gələrək kişi badmintonçuların şəxsi yarışında nüfuzlu turnirin əsas mərhələsinə yüksəlib.
Onaltıdabir finalda kanadalı Yanq Brianla qarşılaşan badmintonçumuz ilk setdə rəqibinə 12-21 hesabı ilə uduzsa da, ikinci seti 21-18 hesablı üstünlüklə başa vurub. Kanadalı idmançı oyun zamanı dizindən zədə aldığından görüşü davam etdirə bilməyib. Beləliklə Edi elit seriyalı turnirdə 1/8 finala yüksəlib.
Dviçayo 1/4 finala yüksəlmək uğrunda keçirilən görüşdə hindistanlı Samir Vermaya 0:2 (21-23,7-21) hesabı ilə uduzub.


Facebook-da paylaş

Xəbəri paylaş