Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İki güləşçimiz "Zaqreb Open" turnirinin finalına yüksəlib

İki güləşçimiz "Zaqreb Open" turnirinin finalına yüksəlib


Sərbəst güləşçilərimiz Əliabbas Rzazadə və Hacı Əliyev Xorvatiyada keçirilən "Zaqreb Open" turnirində finala yüksəliblər.
BrendSport.az xəbər verir ki, turnirdə 57 kiloqram çəki dərəcəsində mübarizə aparan Ə.Rzazadə ardıcıl olaraq çinli Vanhao Zou, komanda yoldaşı İslam Bazarqanov və gürcüstanlı Beka Bujiaşviliyə qalib gəlib. Onun finaldakı rəqibi yaponiyalı Yuto Nişuçi olacaq.
H.Əliyev (70 kq) dörddəbir finalda gürcüstanlı Giorgi Eblakidzeni, yarımfinalda isə monqolustanlı Temulen Enktuyanı məğlub edib. O, həlledici görüşdə ABŞ təmsilçisi Alek Uilyam Pantaleonu sınağa çəkəcək.
Yığmanın 5 üzvü isə bürünc medal qarşılaşmasına çıxacaq. İ.Bazarqanov (57 kq) B.Bujiaşvili, Əli Rəhimzadə(65 kq) yaponiyalı Ryoma Anraku, Xadjimurad Qadjiyev (70 kq) hindistanlı Vişal Kaliramana, Cəbrayıl Qadjiyev (74 kq) macarıstanlı Murad Kuramaqomedov, Abubakr Abakarov (86 kq) isə ABŞ-dan olan Mark Hol ilə üz-üzə gələcəklər.
Qeyd edək ki, "Zaqreb Open"ə fevralın 5-də yekun vurulacaq.


Facebook-da paylaş

Xəbəri paylaş