Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bakıda “İdmançılara psixoloji dəstək” mövzusunda seminar təşkil olunub

Bakıda “İdmançılara psixoloji dəstək” mövzusunda seminar təşkil olunub


Gənclər və İdman Nazirliyində idman mütəxəssisləri üçün “İdmançılara psixoloji dəstək” mövzusunda seminar təşkil edilib. Belaruslu mütəxəssis İrina Konon tərəfindən keçirilən seminara ölkəmizin 20 federasiyasının nümayəndələri cəlb olunublar.
BrendSport.az xəbər verir ki, Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirin əvvəlində qonağı və federasiya nümayəndələrini salamlayan gənclər və idman nazirinin müavini Mariana Vasileva seminarın mütəxəssislərimiz üçün faydalı olacağına əmin olduğunu qeyd edib.
Qeyd edək ki, Belarusun Əməkdar bədən tərbiyəsi və idman işçisi olan İ.Konon Pekin, London, Rio de Janeyro və Tokio Olimpiya oyunlarında idmançılara psixoloji dəstək göstərib. Yüksəkixtisaslı idmançılar və məşqçilərlə 19 illik iş təcrübəsi var.


Facebook-da paylaş

Xəbəri paylaş