Məktəb psixoloqu uşaqlarda sosiallaşma problemi mövzusunda tövsiyələrini təqdim edir
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Məktəb psixoloqundan tövsiyələr” sosial-maarifləndirmə layihəsi davam edir.
BtendSport.az saytının gənclər şöbəsi xəbər verir ki, layihə çərçivəsində hazırlanan 25-ci videoçarxda 86 nömrəli tam orta məktəbin psixoloqu Şəfəq Həsənova uşaqlarda sosiallaşma problemi mövzusunda tövsiyələrini təqdim edir.
Layihənin əsas məqsədi valideyn və şagirdlərə sosial təcrid günlərində onlayn psixoloji dəstək göstərmək, uşaqlarla davranış baxımından valideynlərə düzgün istiqamət vermək, qarşılıqlı münasibətlərdə psixoloji dayanıqlılığı artırmaq və sosial yardımlaşma imkanlarını genişləndirməkdən ibarətdir.
Xatırladaq ki, Təhsil Nazirliyi tərəfindən şagird, valideyn və ümumilikdə bütün vətəndaşlara psixoloji xidmət üçün yaradılmış 146-3 “Qaynar xətt” xidməti də fəaliyyət göstərir. Ölkəmizdə koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar karantin rejimi elan olunduğundan evdə qalan şagirdlər, eləcə də bütün vətəndaşlar mənəvi-psixoloji dəstəyə zərurət duyduğu hallarda sözügedən “Qaynar xətt” xidməti ilə əlaqə yarada bilərlər.
Facebook-da paylaş