Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan “İdman yarışlarının manipulyasiyasına qarşı birlikdə” mövzusunda regional seminarda təmsil olunub

Azərbaycan “İdman yarışlarının manipulyasiyasına qarşı birlikdə” mövzusunda regional seminarda təmsil olunub
Fevralın 15-də GUAM Katibliyində bu quruma üzv dövlətlərin nümayəndələri üçün “İdman yarışlarının manipulyasiyasına qarşı birlikdə” regional seminar təşkil olunub.
BrendSport.az
AFFA-ya istinadla xəbər verir ki, tədbir Avropa Şurasının “Cinayətdən uzaq idman+” layihəsi çərçivəsində Ukrayna Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıq və Katibliyin texniki dəstəyi şəraitində keçirilib. Seminara nazirlik və idarələrin, idman federasiyalarının, Ukrayna, Azərbaycan, Gürcüstan və Moldovanın Milli Olimpiya komitələrinin nümayəndələri qatılıblar.
Regional seminarın məqsədi Avropa Şurasının idman yarışlarının manipulyasiyasına qarşı Konvensiyasının, həmçinin həmin sənədin ratifikasiyası və implementasiyası üzrə digər müvafiq üsulların tətbiqi ilə yarışların nəticələrinin manipulyasına qarşı mübarizə məqsədi daşıyan milli platformaların yaradılması üçün praktiki və texniki yardımın göstərilməsidir.
Seminarda UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli iştirak edib.


Facebook-da paylaş

Xəbəri paylaş