Skott Parker “Brügge” klubuna baş məşqçi təyin olunub

Skott Parker Belçikanın “Brügge” futbol klubuna baş məşqçi təyin olunub.
BrendSport.az klubun rəsmi saytına istinadla xəbər verir ki, 42 yaşlı britaniyalı mütəxəssis bir neçə gün öncə istefaya göndərilmiş Karl Höfkensi əvəz edib.
Baş məşqçi son olaraq "Bornmut"a rəhbərlik edib.
“Brügge” klubu UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində "Benfika" (Portuqaliya) ilə qarşılaşacaq.
Facebook-da paylaş
