Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bakının “Neftçi” klubuna yeni idman direktoru təyin olunub

Bakının “Neftçi” klubuna yeni idman direktoru təyin olunub

Bakının “Neftçi” futbol klubuna yeni idman direktoru təyin olunub. Bundan sonra bu vəzifəni Zaur Əzizov yerinə yetirəcək.
BrendSport.az kluba istinadla xəbər verir ki, 37 yaşlı mütəxəssis 2008-2021-ci illərdə “Qəbələ” klubunun baş meneceri olub. Qəbələ təmsilçisi bu müddətdə Premyer Liqada iki gümüş, üç bürünc medal qazanıb. Bu müddətdə 4 dəfə Azərbaycan kubokunun finalına yüksələn komanda 2018/2019-cu il mövsümündə ilk tituluna yiyələnib. Avrokuboklardakı debütü Z.Əzizovun baş menecerliyi dövrünə təsadüf edən “Qəbələ” ardıcıl iki dəfə 4 mərhələ adlamaqla UEFA Avropa Liqasının qrupunadək irəliləyib.
Qeyd edək ki, bundan əvvəl “Neftçi”nin idman direktoru vəzifəsini 2018-ci ilin fevralından 2020-ci ilin noyabrınadək Ceyhun Sultanov icra edib.


Facebook-da paylaş

Xəbəri paylaş