Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Səbail” Premyer Liqada ən böyük hesablı məğlubiyyətini alıb

“Səbail” Premyer Liqada ən böyük hesablı məğlubiyyətini alıb


Bakının “Səbail” klubu Premyer Liqada ən böyük hesablı məğlubiyyətini alıb. Bu, dördüncü turun “Qəbələ” ilə oyununa təsadüf edib. Səfərdə 0:5 hesabı ilə uduzan Aftandil Hacıyevin yetirmələri bunadək 5 və ya daha çox top fərqi ilə məğlub olmamışdı.
BrendSport.az xəbər verir ki, 2017-ci ildən Premyer Liqada çıxış edən “Səbail” həm də ilk dəfə 5 qol buraxıb. Qəbələdəki oyunadək Bakı klubunun ən ağır yenilgisi 0:4 hesabı ilə olub. Belə nəticə 7 dəfə qeydə alınıb. Bu, iki rəqiblə görüşlərə təsadüf edib. 4 dəfə “Neftçi”, 3 dəfə “Qarabağ” “Səbail”in qapısından dörd cavabsız top keçirib. Paytaxt təmsilçisi 4 dəfə evdə, 3 dəfə səfərdə belə uduzub.
Qeyd edək ki, 5:0 hesabı həm də cari mövsümün ən böyük hesablı nəticəsidir.


Facebook-da paylaş

Xəbəri paylaş