“Qəbələ” klubu doqquz futbolçu ilə yollarını ayırıb
BrendSport.az kluba istinadla xəbər verir ki, futbolçuların 2020/2021-ci il mövsümünün ardından başa çatan müqavilələrinin uzadılmamasına qərar verilib.
2014/2015-ci il mövsümündən fasilələrlə “qırmızı-qaralar”ın formasını geyinən Cavid Hüseynov bu müddətdə 138 matç keçirib. İyirmi qol vuran yarımmüdafiəçi üç dəfə Premyer Liqanın mükafatını qazanıb. O, 2014/2015-ci il mövsümündə bürünc, 2016/2017-ci və 2017/2018-ci il mövsümlərində gümüş medala yiyələnib. 2018/2019-cu il mövsümündə Azərbaycan kubokunu başı üzərinə qaldıran futbolçu 2016/2017-ci və 2017/2018-ci il mövsümlərində yarışın finalçısı olub. O, Premyer Liqada 107 (15 qol), Azərbaycan kubokunda 20 (2 qol), UEFA Avropa Liqasında 11 (3 qol) oyun keçirib. C.Hüseynov hamıdan çox – 72 dəfə “Qəbələ”ni kapitan kimi meydana çıxarıb.
Facebook-da paylaş